Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Azad Həsənli/
"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda parlament seçkilərində 10 seçki məntəqəsində keçirilmiş "exit-poll"un ilkin nəticələrini açıqlayıb.
Trend-in məlumatına görə, mərkəzin direktoru Rizvan Abbasov mətbuat konfransında deyib ki, monitorinq ümumilikdə 10 seçki məntəqəsində - Bakıda 6, Sumqayıtda 4 - aparılıb.
Onun sözlərinə görə, bu 10 seçki məntəqəsinə 7 mindən çox seçici gəlib.
Qeyd edilən seçki məntəqələrində qaliblərin ilkin siyahısı aşağıdakı kimidir:
Bakı:
8 saylı Binəqədi birinci seçki dairəsi - Azay Quliyev (65,4 faiz səs) - seçici fəallığı (52,3 faiz)
16 saylı Yasamal ikinci seçki dairəsi - Aytən Mustafayeva (48,9) - seçici fəallığı - 54,1
20 saylı Nərimanov ikinci seçki dairəsi - Adil Əliyev (65,1) - seçici fəallığı - 44,9
27 saylı Sabunçu ikinci seçki dairəsi - Dilarə Cəbrayılova (59,9) - seçici fəallığı - 50,2
29 saylı Səbail seçki dairəsi - Şəmsəddin Hacıyev (63,2) - seçici fəallığı - 51,8
34 saylı Xətai ikinci seçki dairəsi - Fuad Muradov (62,5) - seçici fəallığı - 48,4
Sumqayıt:
41 saylı Sumqayıt birinci seçki dairəsi - Mirzəcan Xəlilov (58,1) - seçici fəallığı - 49,5
42 saylı Sumaqyıt ikinci seçki dairəsi - Tahir Mirkişili (55,7) - seçici fəallığı - 47,9
43 saylı Sumqayıt üçüncü seçki dairəsi - Muxtar Babayev (60,6) - seçici fəallığı - 48,8
44 saylı Sumqayıt-Xızı seçki dairəsi - Hacı Salayev (64,9) - seçici fəallığı - 48,6