...

Nazir: Azərbaycanda əməkhaqqı artırıla bilər

Gündəm Materials 27 Fevral 2018 15:57 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən qurumlarda əməkhaqqı artırıla bilər.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir deyib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyi ilə birgə zəruri hesablamalar həyata keçirir ki, daha sonra nəticələr dövlət başçısına təqdim olunacaq.

S.Müslümov vurğulayıb ki, 2018-ci ilin dövlət büdcəsində bu məqsəd üçün vəsait nəzərdə tutulub.

Nazirin sözlərinə görə, vətəndaşların əməkhaqqı elə artırılacaq ki, bu addım inflyasiyanın artımına səbəb olmasın: “İndi bir tərəfdən əməkhaqqı və sosial müavinətlər, digər tərəfdən isə əmək səmərəliliyi arasında balansı təmin etmək lazımdır. Bu məsələnin həlli əmək, maliyyə və iqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın və digər strukturların ümumi vəzifəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti