Bakı. Trend:
Sabah səhər saatlarından Bakı şəhər Nizami və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.
Azəriqaz İB-dən Trend-ə verilən məlumata görə, istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni tikilmiş yaşayış binasına təbii qazın verilməsi məqsədi ilə Nizami rayonu, Mikayıl Əliyev küçəsində Azəriqaz İB-nin Təmir Tikinti idarəsi tərəfindən diametri 377 mm-lik yeraltı qaz xəttinin istismardan çıxarılması və yeni çəkilmiş 1500 metr diametri 530mm-lik qaz kəmərinin şəbəkəyə qoşulması, həmçinin Xətai rayonu Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış binasına təbii qazın verilməsi, eləcə də İnqilab İsmayılov küçəsində yeni çəkilmiş diametri 57,76 və 89mm-lik xəttlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, fevralın 28-də saat 10:00-dan işlər yekunlaşanadək Nizami və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.