...

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda qaliblər mükafatlandırılıb (FOTO)

Gündəm Materials 29 Aprel 2018 15:37 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda qaliblər mükafatlandırılıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, halqa ilə fərdi yarışlarda ilk yeri Mariya Sergeyeva (Rusiya), ikinci Katerina Qalkina (Belarus), üçüncü yeri isə Laura Zenq (ABŞ) tutub.

Topla hərəkətlərin yekunu üzrə Yekaterina Seleznyova qızıl, M.Sergeyeva (hər ikisi Rusiya) gümüş, Kaho Minaqava (Yaponiya) bürünc medala sahib olub.

Gürzlərlə hərəkətlərdə ukraynalı Vlada Nikolçenko hamıdan üstün olub. Bolqar Boryana Kaleyn ikinci, rusiyalı M.Sergeyeva isə üçüncü yeri tutub.

Lentlə tapşırıqlarda qələbəni də M.Sergeyeva qeyd edib. Gümüş Katrin Tasevaya, bürünc medal V.Nikolçenkoya qismət olub.

Qaliblərə və mükafatçılara medalları Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov, Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov, Yarışların Təşkilat Komitəsinin üzvü Kamran Ramazanov və Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev təqdim edib.

Həmçinin Beynəlxalq Gimnastika Federasiyasının (FIG) cari ildə Dünya Kuboku mərhələlərində göstərilmiş üç ən yaxşı nəticəyə görə kuboku sahiblərini tapıb. Halqa ilə hərəkətlərdə kubok B.Kaleynə, topla - Y.Seleznyovaya, gürzlərlə hərəkətlərdə isə K.Tasevaya verilib.

Mükafatları FIG-nin texniki nümayəndəsi Kerolayn Hant təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti