...

Elbay Qasımzadə: Heydər Əliyev milli memarlığın inkişafında böyük rol oynayıb

Gündəm Materials 12 May 2018 13:11 (UTC +04:00)
Ümummilli Lider Heydər Əliyev milli memarlığın inkişafında böyük rol oynayıb.
Elbay Qasımzadə: Heydər Əliyev milli memarlığın inkişafında böyük rol oynayıb

Bakı. Ənvər Məmmədov - Trend:

Ümummilli Lider Heydər Əliyev milli memarlığın inkişafında böyük rol oynayıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib.

E.Qasımzadənin sözlərinə görə, Heydər Əliyev hər zaman Azərbaycan memarlarına böyük dəstək göstərib:

“Hələ 70-ci illərdə sovet rəhbərliyi milli memarlıq anlayışını unutdurmağa çalışırdı. Amma Heydər Əliyev həmin illərdə memarlarımıza öz işlərində milli memarlıq irsindən istifadə etməyi məsləhət görürdü. Bu, bizim şəhərlərimizin memarlıq simasında öz izini qoydu”.

E.Qasımzadə əlavə edib ki, Ümummilli Lider Azərbaycanın müstəqilliyi dövründə də milli memarlığa böyük diqqət ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti