...

Pensiya yaş həddi dəyişdirilir

Gündəm Materials 13 İyun 2018 12:13 (UTC +04:00)
Rusiyada yaxın zamanlarda pensiya islahatları keçirilə bilər
Pensiya yaş həddi dəyişdirilir

Bakı. Trend:

Rusiyada yaxın zamanlarda pensiya islahatları keçirilə bilər.

Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Prezident qeyd edib ki, pensiya islahatları təqaüdçülərin rifahının artırılması məqsədi daşıyır.

Bununla belə, o, pensiya yaşının artırılması məsələsinə də ehtiyatla yanaşdığını deyib.

Dövlət Dumasında isə durum başqa cürdür. Belə ki, “Ədalətli Rusiya” fraksiyası ölkədə pensiya yaşının artırılması təklifinə qarşı çıxacağını bildirib.

Qeyd edək ki, Rusiyada hazırda pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55 yaş təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti