...

DİM rəhbəri qəbul imtahanlarının statistikasını açıqladı

Gündəm Materials 30 İyul 2018 11:28 (UTC +04:00)
İxtisas seçimi avqustun 13-ə qədər davam edəcək.
DİM rəhbəri qəbul imtahanlarının statistikasını açıqladı

Bakı. Elçin Mehdiyev – Trend:

Günün ikinci yarısından bakalavr təhsili üzrə ixtisas seçimi başlayacaq və bizim saytımızda aktiv olacaq. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ixtisas seçimi avqustun 13-ə qədər davam edəcək və ixtisas seçimində 91 498 nəfər iştirak edəcək.

M.Abbaszadə bildirib ki, bu il bakalavr təhsili üzrə qəbul imtahanlarında 74 438 nəfər iştirak edib.

Sədrin sözlərinə görə, orta ixtisas üzrə qabiliyyət imtahanları avqustun 9-a qədər davam edir. Şura sədri vurğulayıb ki, qeydiyyatdan keçən 8 277 nəfərdisə, 14 015 nəfər komissiyada iştirak edəcək: "Yəni bu fərq ona görə yaranıb ki, bir nəfər bir neçə komissiyada qabiliyyət imtahanında iştirak edəcək. Bundan başqa, hər bir şəxs iki imtahanda iştirak edibsə, iki nəticəsi var və ən yüksək nəticə ilə iştirak edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti