...

Sumqayıtda iki gəncin batması ilə bağlı araşdırmalara başlandı

Gündəm Materials 17 Sentyabr 2018 11:58 (UTC +04:00)
Sumqayıtda dənizdə iki nəfər gəncin batması ilə bağlı araşdırmalara başlanıb.
Sumqayıtda iki gəncin batması ilə bağlı araşdırmalara başlandı

Bakı. Samir Əli - Trend:

Sumqayıtda dənizdə iki nəfər gəncin batması ilə bağlı araşdırmalara başlanıb.

Trend-in məlumatına görə, hadisə sentyabrın 16-da Novxanı çimərliyinin Sumqayıt şəhəri ərazisində, "Caspian Breeze" adlanan ərazidə baş verib.

2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxışzadə Hatif Hatəm oğlu "Caspian Breeze" ərazisində dənizdə çimərkən boğulub.

Hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb.

Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır və zərurət olduğundan məhkəmə-tibb ekspertizası təyin edilib.

Hadisə ilə bağlı izahatlar alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti