...

Bakıda gecə klubunda 2 nəfəri bıçaqlayan şəxs məhkəmədə həbs edildi

Gündəm Materials 28 Sentyabr 2018 16:41 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda gecə klubunda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakıda gecə klubunda 2 nəfəri bıçaqlayan şəxs məhkəmədə həbs edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda gecə klubunda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və dövlət ittihamçısı M.Sərxanbəyovun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilərək həbs edilməsi barədə vəsatət qaldırıb.

Məhkəmənin qərarı ilə M.Sərxanbəyov məhkəmə zalından həbs olunub.

Məhkəmənin baxış iclası oktyabrın 5-nə təyin edilib.

İttihama görə, bu ilin may ayında Bakının Bülbül prospektində yerləşən gecə klublarından birində M.Sərxanbəyov tanımadığı şəxslərlə mübahisə edib. O, mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirib.

M.Sərxanbəyov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti