...

İstintaq təcridxanasına şorun içində psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Gündəm Materials 12 Oktyabr 2018 10:29 (UTC +04:00)
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop dərman preparatı keçirilməsi cəhdlərinin qarşısı alınıb.
İstintaq təcridxanasına şorun içində psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop dərman preparatı keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Həsənov Salman Yaşar oğlu müəssisəyə qəbul olunarkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman plastik qabın içərisində olan şora əzilərək qatılmış 5,314 qram “Tramadol” dərman preparatı aşkar olunub.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti