...

ETSN: Badamdardakı sürüşmə kütləsinin üzərində uçqun prosesi gedir

Gündəm Materials 13 Oktyabr 2018 18:29 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 18:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.
ETSN: Badamdardakı sürüşmə kütləsinin üzərində uçqun prosesi gedir

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 18:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Nazirlik tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik davam edir.

Sürüşmə kütləsi üzərində xırda uçqun prosesi gedir. Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir.

Qeyd edək ki, bu gün səhər saat 11:00-a olan vəziyyətlə bağlı ETSN-nin yaydığı məlumatda qeyd edilirdi ki, sürüşmə kütləsini saxlamaq üçün 2013-cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləyib, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb. Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətdədir və insanların həyatı üçün təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti