...

Bakıda adam bıçaqlayan mühafizəçiyə hökm oxundu

Gündəm Materials 16 Oktyabr 2018 15:56 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhləməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda adam bıçaqlayan mühafizəçiyə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Muraz Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Muraz Məmmədov Bakıda "Leo disko" gecə klubunda Hüseyn Hüseynovla mübahisə edib.

Bir müddət sonra M.Məmmədov H. Hüseynovla yenidən rastlaşıb və onu bıçaqlayıb.

M.Məmmədov "Riyad" Mühafizə Şirkətinin əməkdaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti