...

Bakıda kimlər daha çox maaş alır?

Gündəm Materials 2 Yanvar 2019 12:18 (UTC +04:00)
2018-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,1 faiz artaraq 783,4 manat olub.
Bakıda kimlər daha çox maaş alır?

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 0,1 faiz artaraq 783,4 manat olub.

Trend-in məlumatına görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti