...

Bakıda narkotik alverçisi olan qadına hökm oxundu

Gündəm Materials 13 Fevral 2019 16:31 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cİnayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şəms Səmədova 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Şəms Səmədovanın evində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun satdığı narkotik vasitənin əvəzində bacısından aldığı 5 ədəd mobil telefon və 1020 manat pul, eləcə də T.Qasımovdan aldığı 12 ədəd mobil telefon, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi 2340 manat pul aşkar olunaraq polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti