...

Küçədə sataşdılar, bıçaqladı...

Gündəm Materials 6 Mart 2019 22:35 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Ayxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən N.Ayxanovun vəkili Gülşən Salmanova bildirib ki, müvəkkilinə qarşı irəli sürülmüş ittiham kifayət qədər ağırdır: "O, cinayət əməlini zərərçəkmişin qanunsuz hərəkətlərinin nəticəsində törədib. Əvvəlcədən tanımadığı 4 nəfər ona sataşıb. Kamil Məmmədov adlı şəxs bilərəkdən Namiqə "nəyə baxırsan" iradını bildirərək onunla mübahisə edib. Daha sonra mübahisə böyüyüb və həmin şəxslər Namiqi döyməyə başlayıb. O da cibindəki bıçağı çıxaraq Kamilə zərbə endirib".

Məhkəmənin hökmü ilə N.Ayxanov 7 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

İttihama görə, 2002-ci il təvəllüdlü N.Ayxanov küçədə mübahisə zəminində tanımadığı Kamil Məmmədovu bıçaqlayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, lakin ona qarşı polis nəzarətinə verilmə qətimkan tədbiri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti