...

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

Gündəm Materials 12 Aprel 2019 17:18 (UTC +04:00)
Avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

Bakı. Samir Əli - Trend:

Aprel ayının 12-də axşam saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində təmir işləri ilə əlaqədar 67, 83, 91, 92, 117 nömrəli müntəzəm xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, təmir işləri bitənədək qeyd olunan müntəzəm xətləri üzrə avtobusların hərəkət sxemi Biləcəri qəsəbəsi istiqamətində Rəşid İsmayılov – Yəhya Hüseynov küçələrindən keçməklə, əks istiqamətdə (şəhər istiqamətində) isə Yəhya Hüseynov küçəsi – Bakı – Sumqayıt şosesi – “Ekologiya” postu adlanan ərazidən geriyə dönməklə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti