...

“Thomson Reuters”in analitiki: Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər regionundan xarici bazarlara neft nəqli üçün əsas vasitədir

Gündəm Materials 22 Aprel 2019 17:20 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər regionundan xarici bazarlara neft nəqli üçün əsas vasitədir
“Thomson Reuters”in analitiki: Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər regionundan xarici bazarlara neft nəqli üçün əsas vasitədir

Bakı. Mətanət Nəsibova - Trend:

Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər regionundan xarici bazarlara neft nəqli üçün əsas vasitədir.

Trend-in məlumatına görə, bunu “Thomson Reuters” agentliyinin analitiki Qleb Qorodyankin SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.

O bildirib ki, Xəzər regionundan dünya bazarlarına neft tədarükü dörd əsas risk amili ilə üzləşir:

“Birincisi, bu, alternativ növ və həcmdə neftlə rəqabət, ikincisi, boru kəmərlərinin yüklənməsinin azalması, üçüncüsü, iqtisadi və siyasi xarakterli dəyişikliklər və dördüncüsü, arbitraj tədarüklərinin dəyişməsidir”.

Analitikin sözlərinə görə, enerji bazarının siyasiləşməsi istehsalçı ölkələr arasında sərt rəqabətə gətirib çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti