...

Neftçalada sərxoş sürücü avtomobili aşırdı, 1 nəfər öldü

Gündəm Materials 29 Aprel 2019 13:18 (UTC +04:00)
Neftçala rayonunda sərxoş sürücü ölümlə nəticələnən yol qəzası törədib.
Neftçalada sərxoş sürücü avtomobili aşırdı, 1 nəfər öldü

Bakı. Samir Əli - Trend:

Neftçala rayonunda sərxoş sürücü ölümlə nəticələnən yol qəzası törədib.

Trend-in məlumatına görə, hadisə rayonun 1-ci Mayak kəndində baş verib.

Rayon sakini, 1971-ci il təvəllüdlü Xanməmmədov Elmar Vaqif oğlu kənd ərazisində sərxoş vəziyyətdə "Mercedes Benz" markalı avtomobili idarə edərkən 1-ci Mayak kəndi ərazisində Xəzər dənizi sahilində idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində avtomobildə olan, 1971-ci il təvəllüdlü 1-ci Mayak kənd sakini Ələkbərov Vüqar Əliabbas oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti