...

Antalyada avtoqəza - Əcnəbi turistlər yaralandı

Gündəm Materials 3 İyul 2019 14:45 (UTC +04:00)
Türkiyənin Antalya vilayətində yol-nəqliyyat hadisəsi baş verib.
Antalyada avtoqəza - Əcnəbi turistlər yaralandı

Bakı. Rufiz Hafizoğlu - TRend:

Türkiyənin Antalya vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralanan turistlərdən 6 nəfərin Almaniya, 2 nəfərin isə Rumıniya vətəndaşları olduğu qeyd edilir. Yaralılar xəstəxanaya yerləşdirilir. 2 yaralının vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti