...

Lənkəran limanı yaxınlığında İran gəmisi qəzaya uğrayıb

Gündəm Materials 26 İyul 2019 15:09 (UTC +04:00)
Lənkəran limanı yaxınlığında İran gəmisi qəzaya uğrayıb.
Lənkəran limanı yaxınlığında İran gəmisi qəzaya uğrayıb

Bakı. Trend:

Lənkəran limanı yaxınlığında İran gəmisi qəzaya uğrayıb.

Dövlət Dəniz Agentliyindən Trend-ə verilən məlumata görə, saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru - yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri və Dövlət Sərhəd Xidmətnin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti