...

Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü

Gündəm Materials 24 Avqust 2019 17:34 (UTC +04:00)
Bakıda gənc oğlan itkin düşüb.
Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü

Bakı. Samir Əli - Trend:

Bakıda gənc oğlan itkin düşüb.

Trend-in məlumatına görə, Yeni Yasamal yaşayış massivində yaşayan, 1999-cu il təvəllüdlü Mehdiyev Pilağa Radil oğlu avqustun 21-də səhər saat 05 radələrində yaşadığı evdən çıxaraq məşqə gedib.

P.Mehdiyev sonuncu dəfə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində görünsə də, bir daha evə qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti