...

Şəki Çinin Janciajiye şəhəri ilə qardaşlaşdı (FOTO)

Gündəm Materials 17 Dekabr 2019 09:46 (UTC +04:00)

Bakı. Trend:

Çin Xalq Respublikasının Hunan əyalətinin Janciajiye şəhərində “İpək Yolu Şəhərləri Alyansı”nın növbəti illik konfransı keçirilib. Konfrans “Ekoloji Mühafizə, Ümumi Şəhər inkişafının həlli ilə bağlı dialoq” mövzusuna həsr edilib və Janciajiye şəhərinin Administrasiyası, “İpək Yolu” Beynəlxalq Ticarət Palatası, “İpək Yolu Şəhərləri Alyansı” tərəfindən təşkil edilib.

Şəki Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, 53 ölkənin, dost şəhərlərin, “İpək Yolu Şəhərləri Alyansı” üzvlərinin, beynəlxalq turizm təşkilatlarının, şirkətlərin nümayəndələrinin, eyni zamanda alim və mütəxəssislərin iştirak etdiyi illik konfransa dəvət almış Şəki şəhərini İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov təmsil edib. Konfrans çərçivəsində dekabrın 9-da H.Həsənov Janciajiye şəhərinin meri ilə görüşüb, Şəki şəhəri ilə Janciajiye şəhəri arasında qardaş şəhər əlaqələrinin qurulmasına dair niyyət protokolu imzalanıb.

“İpək Yolu Şəhərləri Alyansı”nın İllik Konfransı “Bir kəmər, bir yol” ölkələri və bölgə şəhərləri arasında əməkdaşlığın genişləndirilməsinə və biznesin inkişafa xidmət edir.

Qeyd edək ki, Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Bu iqtisadi strategiya ölkəmiz üçün də böyük əhəmiyyətə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti