Bakı. Trend:
Cəlilabad rayonunun Alar kəndi ərazisində “Ford Transit” və “VAZ-2106” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, yanvarın 15-də saat 18:00 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində Abşeron rayon sakini Y.Tahirovun idarə etdiyi “Ford Transit” və Salyan rayon sakini Ağarəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə A.Məmmədov hadisə yerində ölüb, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.