...

"Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır

Gündəm Materials 17 Yanvar 2020 13:04 (UTC +04:00)
"Bakı Metropoliteni"nin "Cəfər Cabbarlı" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.
"Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni"nin "Cəfər Cabbarlı" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada işlər davam etdirilir:

"Stansiyada divarlara mərmər-qranit örtüklər dəyişdirilir, yenisi vurulur. Artıq stansiya yolunun quraşdırılmasına da başlanılıb. Artıq köhnə yol sökülüb. "Cəfər Cabbarlı" stansiyasının platforma yolu dəmir-beton konstruksiyalı olacaq. Stansiya yay aylarında istifadəyə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti