...

Magistraturaya ixtisas seçimi edən bakalavrların sayı açıqlanıb

Gündəm Materials 11 İyun 2020 11:26 (UTC +04:00)
2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların son sayı açıqlanıb.
Magistraturaya ixtisas seçimi edən bakalavrların sayı açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların son sayı açıqlanıb.

Trend-in məlumatına görə, indiyədək 1800 bakalavrın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilib.

Onların 1651 nəfəri Azərbaycan bölməsi, 149 nəfəri rus bölməsi üzrə ərizəsini təsdiq edib.

Qeyd edək ki, bakalavrlar iyunun 18-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti