...

Kişinyovda Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyası keçirilib

Gündəm Materials 24 İyul 2020 20:42 (UTC +04:00)
Kişinyovda Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyası keçirilib

Bakı. Trend:

Moldovanın paytaxtı Kişinyov şəhərində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatlarına etiraz, Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə dinc yürüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan icazəli yürüş Azərbaycanın Moldovadakı səfirliyinin önündən başlayıb. Burada Azərbaycan səfiri Qüdsi Osmanov ilə görüşən həmvətənlərimiz Azərbaycan hökümətini dəstəklədiklərini ifadə ediblər. Azərbaycanlı diplomat aksiya iştirakçılarını dinc etiraz keçirməyə, hər hansı təxribata reaksiya verməməyə və qanun çərçivəsində hərəkət etməyə çağırıb.

Sonra azərbaycanlı icmanın 50-yə qədər təmsilçisi Ermənistan səfirliyinin qarşısına yürüş ediblər. Aksiya iştirakçılarının təqdim etdikləri bəyanatda Ermənistanın törətdiyi hərbi təxribatlar və işğalçı siyasəti pislənilib, Azərbaycan torpaqlarının azad olunması tələb olunub. Sənəddə Ermənistanın işğalçı siyasətinə son qoyulması və təcavüzkar əməllərinə görə sərt şəkildə cəzalandırılması, işğal edilmiş torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına dönməsi üçün Moldova höküməti, dünya birliyi və beynəlxalq təşkilatlar qətiyyətli addımlar atmağa çağırılıb.

Yerli polis qüvvələri erməni təxribatçılarının aksiyanın gedişinə müdaxilə cəhdinin qarşısını alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti