...

Ağcabədidə tanışını öldürməyə cəhd edən şəxsin işi məhkəməyə göndərildi

Gündəm Materials 28 Avqust 2020 15:59 (UTC +04:00)
Ağcabədidə tanışını öldürməyə cəhd edən şəxsin işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

Aprelin 9-da Ağcabədi rayonu ərazisində rayon sakini Sənan Rüstəmova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Ağcabədi rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Ağcabədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Kamil İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Sənan Rüstəmovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti