...

Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb (FOTO)

Gündəm Materials 5 Dekabr 2020 13:49 (UTC +04:00)
Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanları tərəfindən “COVID-19” xəstələrinin özünütəcrid qaydalarına riayət etməsi ciddi nəzərətdə saxlanılır. Lakin virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan 24 yaşlı Elçin Əmirxanov ictimai yerdə müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

E.Əmirxanov barəsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti