...

Ağsu aşırımında yol buz bağladı, avtomobillərin hərəkəti çətinləşdi

Gündəm Materials 21 Yanvar 2021 09:47 (UTC +04:00)
Ağsu aşırımında yol buz bağladı, avtomobillərin hərəkəti çətinləşdi

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisində havanın qeyri-sabit keçməsi avtomobil yollarında bəzi çətinliklər yaradıb.

Trend-in məlumatına görə, Bakı-Şamaxı yolunun bəzi hissələrində buzlaşma müşahidə edilib. Yolun Ağsu dolayları və Muğanlı-İsmayıllı ərazilərində yollarda buz qatları əmələ gəlib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, ölkə ərazisində baş verən qeyri-sabit hava şəraiti avtomobil yollarına da təsirini göstərib: "Dağlıq və dağətəyi ərazilərdə qarın yağması davam edir. Bununla əlaqədar avtomobil yollarında qısamüddətli problem yarana bilər. Hər hansı problem yaranarkən çalışırıq ki, bu problem aradan qaldırılsın. Sürücülərdən xahiş edirik ki, avtomobillərini qış şinləri ilə idarə etsinlər. Əks halda onların hərəkətinə müəyyən çətinliklər yaranacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti