...

Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub

Gündəm Materials 1 Mart 2021 16:54 (UTC +04:00)
Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub

Bakı. Samir Əli - Trend:

Bölgələrdə koronavirusa qarşı peyvəndlənmə prosesi davam etdirilir.

Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdən Trend-ə verilən məlumata görə, indiyə qədər rayon üzrə 3 094 nəfər koronavirusa qarşı vaksin olunub:

"Onlardan 571 nəfəri artıq ikinci dozanı qəbul edib. Peyvənd olunanlardan 1 382 nəfəri tibb işçisi, 1 712 nəfəri isə 50 yaşdan yuxarı insanlardır. Ümumilikdə, ilkin mərhələ üçün xəstəxanaya 4 766 vaksin verilib. Onlardan 1 666-sı qalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti