...

Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb - DİM

Gündəm Materials 4 Mart 2021 12:08 (UTC +04:00)
Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb - DİM

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilən imtahanda iştirak üçün 19885 bakalavr qeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ötən illə müqayisədə ərizə verənlərin sayı 4147 nəfər (26.35%) artıb. Bu il qeydiyyatdan keçənlərin 256 nəfəri (1.28%) imtahana gəlməyib. Ötən il də imtahana gəlməyənlərin nisbi sayı (1.16%) bu səviyyədə olub.

Bu il bakalavrların yarısının imtahanda topladığı bal 47-dən yüksək olub (median 47.57) olub. Ötən il bu göstərici 48 bala bərabər olub (median 48.96). Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.

Bu il 91 va daha yuxarı bal toplayanların sayı 17 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 257 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1334 nəfər olub. Ötən il analoji göstəricilər 15, 252,1284 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı nisbətən daha çox olub. Xatırladaq ki, imtahan toplanılan bilən maksimum bal 100-ə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti