...

Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb

Gündəm Materials 9 Mart 2021 12:12 (UTC +04:00)
Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən, “Bakupress” Milli İnformasiya Agentliyinin baş redaktoru Şəfəq Ağabalayeva (Şəfəq Ağacan) məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Trend-in məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində baş redaktorun Xətai rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb. Prosesdə təqsirləndirilən şəxsin cəza çəkdiyi müəssisənin məntəqə tipli cəzaçəkmə məntəqəsinə dəyişdirilməsi ilə bağlı vəsatəti araşdırılıb və qərar verilib. Məhkəmənin qərarı ilə Ş. Ağacanın olduğu cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi təmin edilib.

Xatırladaq ki, Ağabalayeva Şəfəq Ağacan qızı (Şəfəq Ağacan) 2019-cu il mayın 1-də Bakının Nərimanov rayonu ərazisində saxlanılıb. Qadın baş redaktor narkotik maddə satmaqda təqsirləndirilib.

Ona Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham verilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə, Ş.Ağacan 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti