...

Zakir Fərəcova ikinci doza peyvənd vurulub

Gündəm Materials 10 Mart 2021 13:33 (UTC +04:00)
Zakir Fərəcova ikinci doza peyvənd vurulub

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Sumqayıt şəhərində də əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.

Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, İH başçısı Zakir Fərəcova bu gün COVID-19 infeksiyasına qarşı peyvəndin ikinci dozası vurulub.

Sumqayıt şəhərində vaksinasiya prosesinin həyata keçirilməsi üçün 8 tibb məntəqəsi fəaliyyət göstərir. Tibb məntəqələrində təlimatlara uyğun zəruri şərait yaradılıb. İndiyədək 4 minə yaxın şəhər sakini peyvənd edilib.

Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan “CoronaVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti