...

Qanunvericiliyin tələblərini pozan xarici vətəndaşlar cərimələndi

Gündəm Materials 25 Mart 2021 18:52 (UTC +04:00)
Qanunvericiliyin tələblərini pozan xarici vətəndaşlar cərimələndi

Bakı. Trend:

Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəisi Hikmət Əlizadə Trend-ə bildirib ki, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti