...

DOST mərkəzlərində qazilər və şəhid ailələri üçün müxtəlif xidmətlər göstəriləcək

Gündəm Materials 31 Mart 2021 16:29 (UTC +04:00)
DOST mərkəzlərində qazilər və şəhid ailələri üçün müxtəlif xidmətlər göstəriləcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

DOST mərkəzlərində Vətən müharibəsi qaziləri və şəhid ailələri üçün müxtəlif xidmətlər göstəriləcək.

Bunu Trend-ə açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. O qeyd edib ki, 4 sayılı DOST mərkəzində “Vahid əlaqələndirmə mərkəzi” proqramının ilk təqdimatı olacaq:

“Burada şəhid ailələri və qazilərə sosial təminat, məşğulluq və əmək münasibətləri istiqamətində xidmətlər göstəriləcək. Bunun üçün xüsusi pəncərələr təşkil olunub və həmin pəncərələr vasitəsi ilə xidmətlər həyata keçiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti