...

Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub

Gündəm Materials 15 May 2021 09:56 (UTC +04:00)
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub

Bakı. Trend:

Saatlıda müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onlara parklanma qaydaları barədə geniş məlumatlar verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, həmçinin yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə və piyada keçidlərindən düzgün istifadə etməyən vətəndaşlarla da profilaktiki söhbətlər apararaq, onlara qaydalara ciddi riayət etmələrinin vacibliyini çatdırıblar.

Tədbirlər zamanı qaydaları kobud şəkildə pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti