...

Azərbaycanda akademik vəfat edib (FOTO)

Gündəm Materials 7 Sentyabr 2021 10:12 (UTC +04:00)
Azərbaycanda akademik vəfat edib (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

AMEA-nın həqiqi üzvü və Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının professoru Ənvər Nəhmədov vəfat edib.

Trend-in məlumatına görə, Ə.Nəhmədov 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Firudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada əmək fəaliyyətinə başlayıb. Ə.Nəhmədov 90-a yaxın elmi məqalə, o cümlədən “Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri” kitabının müəllifi olub.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti