...

Azərbaycan-Türkiyə hərbçiləri Laçında təlim tapşırıqlarını icra ediblər (VİDEO)

Gündəm Materials 9 Sentyabr 2021 10:43 (UTC +04:00)
Azərbaycan-Türkiyə hərbçiləri Laçında təlim tapşırıqlarını icra ediblər (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.

Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti