Bakı. Trend:
Milli Məclisin deputatı Naqif Həmzəyevin Gəncənin Kəpəz rayonunda şəhid bulağına suyun verilməməsi ilə bağlı qaldırdığı problem həllini tapıb.
Bu barədə N.Həmzəyev məlumat verib.
Deputat bildirib ki, məsələ ictimailəşdikdən sonra Gəncə Şəhər İcra Hakimiyyəti reaksiya verib: “İcra hakimiyyətinin müdaxiləsindən sonra şəhid bulağının su ilə təchizatı tam təmin olunub. Artıq bulaqda sayğac da yoxdur. “Azərsu” ASC-nin əməkdaşları bildirdilər ki, suyun verilməməsi qəza ilə bağlı olub, bundan sonra mütəmadi su ilə təmin ediləcək, sayğac da qoyulmayacaq. Məsələnin həllinə dəstək olan şəxslərə təşəkkür edirəm”.