...

Metro qatarda problem yaranıb, 10 dəqiqədən çox yubanma olub

Gündəm Materials 20 Sentyabr 2021 13:35 (UTC +04:00)
Metro qatarda problem yaranıb,  10 dəqiqədən çox yubanma olub

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda xəttə verilmiş sınaq qatarında nasazlıq yaranıb.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, qatarda problem olduğu üçün "Memar Əcəmi" stansiyasında xəttə köməkçi qatar buraxılıb:

Sınaq qatarından sərnişinlər düşürülüb və qatar xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti