...

Paşinyan Prezident İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib

Gündəm Materials 3 Oktyabr 2021 23:47 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirdi.

Trend-in məlumatına görə, Ermənistanın baş naziri Litvada yaşayan erməni icması ilə görüşü zamanı Azərbaycanın azad edilmiş ərazilərində yerləşdirilmiş minaların xəritələrini gətirməyə də hazır olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 2-də İspaniyanın EFE xəbər agentliyinə müsahibəsində Prezident İlham Əliyev Paşinyanla o, hazır olanda istənilən zaman danışıqlar aparmağa hazır olduğunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti