...

Günün fotosu: Azərbaycan Xüsusi Təyinatlısı Hadrutda

Gündəm Materials 9 Oktyabr 2021 11:50 (UTC +04:00)
Günün fotosu: Azərbaycan Xüsusi Təyinatlısı Hadrutda

Hadrut. Trend:

Bu gün Hadrut qəsəbəsinin işğaldan azad olunmasından bir il ötür.

Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi 2020-ci il oktyabrın 9-da düşmən tapdağından azad edildi.

Trend-in əməkdaşı Fərid Zöhrabovun Hadrutdan çəkdiyi kadrı tam əminliklə günün fotosu adlandırmaq olar.

Bu daşı çoxunuz yəqin ki, xatırladınız. Keçən il Qarabağda Ermənistanın xeyrinə yalan informasiyalar yayan "Wargonzo" jurnalisti Semyon Peqov bu ərazidən etdiyi çəkilişlərlə Hadrutun Azərbaycanda olmadığını sübut etməyə çalışırdı. Deyirdi ki, “əgər Hadruta Azərbaycan əsgəri girmiş olsaydı, biz burada ola bilməzdik”.

Həmin tarixdə isə humanitar atəşkəs idi və bundan istifadə edən S.Peqov Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası çərçivəsində Hadruta erməni əsgərlərinin meyitlərini toplamaq üçün girən avtomobillə gəlmiş, sözügedən ərazidə çəkiliş aparmışdı. Əlbəttə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyasına Azərbaycan ordusu atəş açmazdı.

Bu gün Azərbaycan ordusu Hadrutun hər daşına sahibdir. Tarixi Zəfər göstərdi ki, Ermənistan və Ermənistanın məğlubiyyəti ilə barışmayan qüvvələrin informasiya cəbhəsindəki cəhdləri də nəticəsiz qaldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti