...

Bu il sərxoş sürücülər 6 nəfərin ölümünə səbəb olub

Gündəm Materials 10 Noyabr 2021 14:55 (UTC +04:00)
Bu il sərxoş sürücülər 6 nəfərin ölümünə səbəb olub

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda 2021-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 15 hadisə baş verib.

Trend-in məlumatına görə, baş vermiş qəzalar nəticəsində 6 nəfər həlak olub, 16 nəfər yaralanıb. Hadisələrin 73,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Ümumilikdə qeyd olunan müddət ərzində 2021-ci ilin yanvar-sentyabr aylarında 1171 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,3 faiz artaraq 1547 nəfər olub. Onlardan 504-ü həlak olub, 1043-ü isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 40,0 faizi gecə, 18,3 faizi isə toran vaxtı baş vermiş, 28,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti