...

31 il öncə yaradılan MÜSİAD bu gün 75 ölkədə fəaliyyət göstərir - Davut Altunbaş

Gündəm Materials 15 Dekabr 2021 20:31 (UTC +04:00)
31 il öncə yaradılan MÜSİAD bu gün 75 ölkədə fəaliyyət göstərir - Davut Altunbaş

Bakı. Elçin Mehdiyev - Trend:

31 il öncə 5 iş adamı tərəfindən yaradılan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) bu gün 12 min üzvü olan, ümumulikdə 75 ölkədə fəaliyyət göstərən bir təşkilata çevrilib.

Trend-in məlumatına görə, bunu MÜSİAD rəhbərinin köməkçisi Davut Altunbaş deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir: “Bizim hər şeyimiz birdir. Burada özümü vətənimdəki kimi hiss edirəm”.

D.Altunbaş MÜSİAD Azərbaycanın bundan sonra da fəaliyyətini uğurla davam etdirəcəyinə inamını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti