...

MÜSİAD Azərbaycan və Bakı Dövlət Peşə Təhsil Mərkəzi iş birliyinin perspektivləri müzakirə edilib (FOTO)

Gündəm Materials 28 Yanvar 2022 17:13
MÜSİAD Azərbaycan və Bakı Dövlət Peşə Təhsil Mərkəzi iş birliyinin perspektivləri müzakirə edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

MÜSİAD Azərbaycan, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi iş birliyinin perspektivlərini müzakirə edib.

Bu barədə Trend-ə MÜSİAD-dan daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, bu birliyin perspektivlərini müzakirə etmək üçün bu gün mərkəzin direktoru İdris Musayev MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli və qurum üzvləri ilə görüşüb.

Görüş əsnasında MÜSİAD bundan sonra da əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd edib.

R.Cabirli bildirib ki, MÜSİAD Azərbaycan gənc nəslin sahibkarlıq və peşə fəaliyyətinə cəlb edilməsində maraqlı olub.

“Gənc nəslin peşə fəaliyyəti və sahibkarlığa cəlb olunması çox mühümdür. MÜSİAD olaraq biz də bunun üçün addım atırıq”, - deyə o bildirib.

R.Cabirli onu da əlavə edib ki, MÜSİAD Azərbaycan bundan sonra da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlığı davam etdirəcək və eyni zamanda, mərkəzə yeni layihələrin icrasında dəstək verəcək.

Bununla yanaşı, təhsil mərkəzinin tələbələrinin işlə təmin edilməsi üçün yeni layihə üzrə də işlərin başlandığı MÜSİAD Azərbaycan ofisi tərəfindən qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti