...

Gənc MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Cahit Bağcı Azərbaycanda təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)

Gündəm Materials 31 Yanvar 2022 19:16 (UTC +04:00)
Gənc MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Cahit Bağcı Azərbaycanda təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)

Bakı. Trend:

Gənc MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilmiş tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan universitetlərində təhsil alan Türkiyədən olan tələbələrlə görüşüb.

Trend-in məlumatına görə, görüşdə bildirilib ki, Türkiyədən 3000-ə yaxın tələbə Azərbaycanda təhsil almaqdadır.

Səfir tələbələrin üzləşdikləri çətinlikləri dinləyərək, eləcə də onların təkliflərini nəzərə alaraq lazımi göstərişlər verib.

Sonda yaxın zamanda ikinci görüşün də keçirilməsi qərarı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti