...

Fevralın 15-nə qədər üçüncü vaksini vurdurmayanlar avtobusa bilet ala biləcəklər?

Gündəm Materials 4 Fevral 2022 11:26 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov - Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bilet satışı bu günə qədər Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən həyata keçirilir.

Bunu Trend-in sorğusuna cavab olaraq BBAK-dan bildiriblər.

"COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər bilet ala bilərlər. Yəni 3-cü dozasının vaxtı çatmayan,2-ci peyvəndin olunma tarixindən 6 ay keçməyən hər bir vətəndaş bilet ala bilər", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Beləliklə, bununla əlaqədar restoran, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda da yeni tələb qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti