...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 8 May 2022 18:52 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 308 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 300, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 305, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 409, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 294 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 669 883, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 971, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 842 230, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 244 010, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 672 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti