...

Azərbaycanda BMT TŞ-nin Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Qətnaməsinin Milli Fəaliyyət Planı hazırlanır (FOTO)

Gündəm Materials 12 May 2022 11:59 (UTC +04:00)
Azərbaycanda BMT TŞ-nin Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Qətnaməsinin Milli Fəaliyyət Planı hazırlanır (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı Qətnaməsinin Milli Fəaliyyət Planı hazırlanır.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Bakıda keçirilən Azərbaycanda Qadın, sülh və təhlükəsizlik üzrə Birinci Milli Forumda deyib.

S.Qəhramanova bildirib ki, münaqişələr zamanı əziyyət çəkənlər daha çox mülki əhali, xüsusilə uşaqlar və qadınlar olur.

“Bəzən müharibədə hərbçilər müharibə qaydalarını pozaraq mülki obyektləri atəşə tuturlar. Azərbaycan isə 44 günlük müharibədə bütün müharibə qaydalarına əməl edən bir ölkə kimi nümunə göstərdi. Ancaq çox təəssüf ki, Ermənistan tərəfi mülki əhalimizə atəş açaraq, münaqişə zonasından uzaqda yerləşən şəhərlərimizi, qəsəbələrimizi və kəndlərimizi raket atəşinə tutaraq mülki insanları qətlə yetirdi, qadınları, uşaqları qətlə yetirdi. Bu qaydaları pozan dövlətlər öz cəzalarını ən ağır formada almalıdır, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bidirməlidirlər”, - deyə o bildirib.

S.Qəhrəmanova əlavə edib ki, yeni hazırlanan Milli Fəaliyyət Planı bu yaxınlarda Nazirlər Kabinetinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti