...

Sərxoş sürücülər 1 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olub

Gündəm Materials 16 May 2022 12:53 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti ilə nəticələnən 3 hadisə baş verib.

Trend-in məlumatına görə, nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu hadisələrin 2-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Ümumilikdə qeyd olunan müddət ərzində ölkədə 403 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,3 faiz artaraq 556 nəfər olub. Onlardan 183-ü həlak olub, 373-ü isə yaralanıb.

Hadisələrin 48,9 faizi gündüz, 35,0 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş verib, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti